Ronaldoya şərh yazmadı deyə tənqid edildi – Səbəb (FOTO)

Ronaldoya şərh yazmadı deyə tənqid edildi – Səbəb (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinalı futbol ulduzu Lionel Messi sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Tribuna.az xəbər verir ki, tənqidlərə səbəb Messinin Kriştianu Ronaldonun Portuqaliya millisindəki karyerasını başa vurması ilə bağlı paylaşımına münasibət bildirməməsidir.

Belə ki, Ronaldo daha əvvəl Messi Argentina millisindən ayrıldığı zaman onun paylaşımına şərh yazaraq dəstəyini ifadə etmişdi. Lakin bu dəfə argentinalı futbolçunun eyni addımı atmaması diqqətdən yayınmayıb.

Sosial şəbəkə istifadəçilərinin bir qismi Messinin bu davranışını tənqid edib və iki ulduz arasındakı qarşılıqlı münasibəti müzakirəyə çıxarıb.

Hadisə futbol azarkeşləri arasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Messi və Ronaldo uzun illər dünya futbolunun ən böyük rəqabətlərindən birinin əsas iştirakçıları olublar.

Sözügedən şərhin fotosunu təqdim edirik:

Tribuna.az