Kuryerlərlə bağlı qərar: Hər ay pul ödəyəcəklər – Ətraflı

Kuryerlərlə bağlı qərar: Hər ay pul ödəyəcəklər – Ətraflı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fərdi qaydada kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün aylıq 15 manat sabit sadələşdirilmiş verginin tətbiqi təklif olunur.

Tribuna.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Təklif muzdlu işçi cəlb etmədən, avtomobil, motosiklet, velosiped və ya skuterlə sifariş çatdıran fiziki şəxslərə şamil ediləcək.

Yeni mexanizmə əsasən, kuryerlər vergi öhdəliklərini sabit qəbz vasitəsilə yerinə yetirəcəklər.

Təklifin əsas məqsədi kuryerlərin vergi hesabatları və gəlir-xərc uçotu ilə bağlı inzibati yükünü azaltmaq, mühasibatlıq xərclərini minimuma endirməkdir. Eyni zamanda, bu yolla hazırda qeyri-rəsmi çalışan kuryerlərin fəaliyyətinin leqallaşdırılması və çatdırılma sektorunda dövriyyənin daha şəffaf uçotunun aparılması hədəflənir.

Dəyişiklik qəbul edilərsə, kuryerlər üçün vergi öhdəliyinin hesablanması və ödənilməsi sadələşəcək, vergi orqanlarının isə bu sahəyə nəzarət imkanları genişlənəcək. İlin bütün 12 ayında bu rejimlə fəaliyyət göstərən kuryerin sabit vergi ödənişi 180 manat təşkil edəcək.

Gülşən Rəsul