Misli Premyer Liqasında XI tura bu gün start veriləcək.
Tribuna.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
“Turan Tovuz” səfərdə “Qarabağ”ın qonağı olacaq. Ağdam təmsilçisi hazırda 19 xalla turnir cədvəlinin üçüncü, Tovuz klubu isə 18 xalla dördüncü pilləsində qərarlaşıb.
Günün son qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Kəpəz”i qəbul edəcək. 21 xala malik “Neftçi” turnir cədvəlinə başçılıq edir. “Kəpəz” isə 17 xalla beşincidir.









