Eldar Mansurovdan nostalji paylaşım – Foto

Eldar Mansurovdan nostalji paylaşım – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan musiqisinin tanınmış bəstəkarı Eldar Mansurov sosial şəbəkədə maraqlı arxiv görüntüsü paylaşıb.

Tribuna.az xəbər verir ki, bəstəkar paylaşımında “Bəxt üzüyü” filmində Moşu obrazı ilə tamaşaçıların sevgisini qazanan Xalq artisti Valeh Kərimovla televiziya verilişində çəkilmiş görüntülərə yer verib.

İki sənətçinin bir arada olması izləyicilərin diqqətini çəkib. Xüsusilə, Moşu obrazı ilə Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz qoyan Valeh Kərimovun görüntüləri nostalji yaradıb.

Qeyd edək ki, “Bəxt üzüyü” filmi Azərbaycan kinosunun sevilən ekran əsərlərindəndir. Valeh Kərimovun canlandırdığı Moşu obrazı isə filmin ən yaddaqalan personajlarından biri hesab olunur.

Gülşən Rəsul