Argentinalı ulduz futbolçu Leo Messi tənqidlərə məruz qalıb.
Tribuna.az xəbər verir ki, buna səbəb ötən gün Portuqaliya millisində karyerasını bitirdiyini açıqlayan əfsanəvi futbolçu Ronaldoya şərh yazmamasıdır.
Belə ki, Kriştianu Ronaldo Messi millidən ayrıldığı zaman onun paylaşımına şərh yazmışdı. Eyni hərəkəti Messi etmədiyi üçün dünya mediasında tənqidlərə səbəb olub.
Sözügedən şərhin fotosunu təqdim edirik:










