Kriştianu Ronaldu Portuqaliya millisindən gedir – 23 illik karyera başa çatır

Kriştianu Ronaldu Portuqaliya millisindən gedir – 23 illik karyera başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya futbolunun ulduzu Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurmaq qərarına gəlib. Bununla da futbolçunun milli komandada 23 il davam edən çıxışı sona çatır.

Tribuna.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

41 yaşlı hücumçu sosial şəbəkədə paylaşdığı video müraciətində milli komandanın 7 nömrəli formasını təhvil verməyin vaxtının çatdığını bildirib. O, bu qərarın asan olmadığını, lakin həm ürəyi, həm də düşüncələri ilə verdiyi qərar olduğunu vurğulayıb.

Ronaldu Portuqaliya millisində 234 oyun keçirib və 146 qol vurub. O, həm oyun sayına, həm də vurduğu qolların sayına görə kişi futbolçular arasında milli komandalar tarixinin rekordçusudur.

Ulduz futbolçu Portuqaliya ilə 2016-cı ildə Avropa çempionu olub, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

Ronaldu çıxışı zamanı ailəsinə, komanda yoldaşlarına, məşqçilərə və Portuqaliya xalqına təşəkkür edib. O bildirib ki, milli komanda onun həyatının hər zaman ayrılmaz hissəsi olaraq qalacaq.

Beləliklə, futbol tarixinin ən məhsuldar oyunçularından birinin Portuqaliya millisindəki 23 illik karyerası başa çatır.

İmran Kərimli

Tribuna.az