“TÜRKİYƏ TEK YÜREK”-LƏ 115  MİLYARD LİRƏ TOPLADI…

“TÜRKİYƏ TEK YÜREK”-LƏ 115 MİLYARD LİRƏ TOPLADI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələ ərazilərinin bərpası, əhaliyə maddi yardım məqsədilə “Türkiye Tek Yürek” kampaniyasına start verib.

Tribuna.az yazır ki, kampaniyaya 200 TV kanalı və 562 radio qatılıb. Kampaniya Türkiyə dövlət və özəl kanalları ilə yanaşı Azərbaycan kanallarında da canlı yayımlanıb. Həmçinin Şimali Kipr televiziyasında da canlı göstərilib. Canlı efir 6 saat davam edib. Proqrama 6 saat ərzində növbəli şəkildə məşhur aparıcları, televiziya işçiləri və aktyorlar aparıcılıq edib.

Canlı efirə iş adamları, şirkət rəhbərləri, bank sahibləri, məşhur simalar qoşularaq yüksək məbləğdə ianələr veriblər. Kampaniyaya təkcə Türkiyədən deyil xaricdən də iş adamları, məşhur siyasətcilər, dövlət başçıları qoşularaq nə qədər vəsait yatırdıqlarını açıqlayıblar.

Zəlzələnin fəsadlarının aradan qaldırılmasına sərf ediləcək vəsait toplanması üçün keçirilən “Türkiyə, Tək Ürək” kampaniyası üzrə toplanan vəsait 115 milyard TL olub. Təxminən 10 milyard manatdan çox vəsait toplanıb.