Türkiyə İdlibdə M4 şossesinin cənubunda yerləşən, Qastoundakı hərbi bazanı boşaldıb.
Tribuna.az “Mehrnews”a istinadən xəbər verir ki,Türkiyə qüvvələrinin Qastounun əsasını təşkil edən sement bloklarını M4 magistral yolu ilə Ariha şəhərinin şimalına daşıdığını bildirib.
“Həyat Təhrir Əl-Şam” terror qruplaşması ilə əlaqəli xəbər portalları yanvarın sonlarında İdlibdəki türk bazasının Suriya Ərəb Ordusu tərəfindən atəşə tutulması barədə məlumat yayıb.
Xəbər portallarının yazdığına görə, atışma türk əsgərləri arasında çoxsaylı itkilərə səbəb olub, Türkiyə ölən və yaralıları Türkiyəyə çatdırmaq üçün hərbi bazasına helikopterlər göndərib.
Bir neçə gün əvvəl Hələb şəhərində Türkiyə ilə Suriya arasında gərginliyin artdığı barədə xəbərlər yayılmışdı.
Əl Mayadeen xəbər verir ki, Hələb əyalətinin şimalındakı Azaz şəhəri gərginliyin şahidi olub və Türkiyənin dəstəklədiyi Şimal Fırtınası Briqadasının bir rəsmisi də daxil olmaqla 3 silahlının öldürüldüyünü qeyd edib.









