TÜRKİYƏ, RUSİYA , İRAN VƏ SURİYA BİR ARAYA GƏLİR – KRİTİK GÖRÜŞ…

TÜRKİYƏ, RUSİYA , İRAN VƏ SURİYA BİR ARAYA GƏLİR – KRİTİK GÖRÜŞ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Rusiya-Suriya və İran arasında dördtərəfli görüşlər başlayır. Sabah Moskvada 4 ölkənin müdafiə və kəşfiyyat rəhbərləri görüşür. Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, görüşlərin bölgədə sülhə töhfə verəcəyi gözlənilir.

Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Aprelin 25-də Moskvada Türkiyə , Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərləri görüşəcək.

Dekabrın 28-də Moskvada Türkiyə, Rusiya və Suriyanın müdafiə və kəşfiyyat nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirildiyini xatırladan milli müdafiə naziri Akar, qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə ikitərəfli danışıqların aparılması üçün razılıq əldə olunduğunu bildirib.

Akar açıqlamasına belə davam edib:

“Sonrakı araşdırmalarda İranın bu görüşlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Bu, müvafiq orqanlar tərəfindən məqsədəuyğun hesab edilib. Bu görüşün davamı olaraq müdafiə nazirləri və kəşfiyyat orqanlarının iştirakı ilə keçiriləcək görüşə hazırlıqlarımız davam edir. Bu görüşün Moskvada keçirilməsi planlaşdırılır. Məqsədimiz buradakı problemləri danışıqlar yolu ilə həll etmək və ən qısa zamanda bölgəyə sülh və əmin-amanlıq gətirməkdir”.

Münasibətlərin və təmasların qarşılıqlı hörmət çərçivəsində davam etdiyini bildirən Akar, “Görüşdən sonra bəzi müsbət irəliləyişlərin olacağını gözləyirik. Biz Türkiyə Nazirliyi olaraq bölgədə sülhə töhfə vermək üçün əlimizdən gələni edirik”, -deyib.

Tribuna.az