İraqın şimalında yerləşən Türkiyənin Zelikan hərbi bazası raket hücumlarına məruz qalıb.
Tribuna.az “Mehrnews”a istinadən xəbər verir ki, İraq təhlükəsizlik mənbəsi çərşənbə günü səhər saatlarında Mosuldakı Zelikan hərbi bazasına səkkiz qrad raketinin düşdüyünü bildirib.
Mənbənin sözlərinə görə, hücum zamanı itkilər hələlik məlum deyil.
Al Mayadeen də daxil olmaqla bəzi xəbər mənbələri bazanın 20 raketlə hədəf alındığını bildirib.
Mosulun şərqində türk qüvvələrinin qərargahı olan Zelikan hərbi bazası son aylarda dəfələrlə raket hücumlarına məruz qalıb.









