Prezidentlik müddəti bitdikdən sonra Ağ Evdə qoymalı olduğu sənədləri Florida ştatındakı Mar-a-Laqodakı evinə aparan Donald Tramp bəzi sənədləri tualetdə saxlayıb.
Tribuna.az Hürriyət-ə istinadən xəbər verir ki, Trampa qarşı 7 başlıq altında 37 ittiham irəli sürülən və əvvəlki gün qəbul edilən 49 səhifəlik iddianamədə onların yerləşdiyi evdəki faylların vəziyyətini göstərən fotoşəkillər də yer alıb.
Trampın 2021-ci ilin yanvarında qanunsuz olaraq özü ilə götürdüyü qutularda nüvə sirlərindən tutmuş xarici hərbi hesabatlara qədər bir sıra həssas sənədlər olub.
Federal məhkəmədə mühakimə olunan ilk ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Mayamidə ilk məhkəmə iclasına gələcək. 20 ildən 100 ilə qədər həbs cəzası gözlənilən Trampın həbs olunacağı gözlənilmir.









