ABŞ tarixində ilk dəfə olaraq keçmiş Amerika prezidenti federal iş üzrə hakim qarşısına çıxacaq.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Tramp məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunur.
Ona qarşı 37 ittiham irəli sürülüb. Trampın sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar siyasi əsaslıdır.
Keçmiş prezidentin əlində Amerikanın nüvə proqramı və ölkənin mümkün hücuma qarşı zəiflikləri ilə bağlı sənədlər olduğu iddia edilir. Trampa qarşı 37 ittiham irəli sürülüb. Bu, Amerika tarixində ilk dəfədir ki, bir prezident federal mühakimə olunur.
Sabiq prezidenti 10 ildən 15 ilə qədər həbs gözləyir.









