TikTok CEO-su Şou Zi Çiu martın 23-də Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsi qarşısında tətbiqin təhlükəsizlik və məxfilik təcrübələri və ana şirkəti ByteDance vasitəsilə Çinlə əlaqələrini müzakirə edəcək.
Tribuna.az “CNBC”yə istinadən xəbər verir ki, bu, şirkətin ABŞ hökuməti ilə ölkədə tətbiqinin təhlükəsizliyini necə təmin edəcəyi ilə bağlı danışıqların uzanması ilə əlaqədardır.
Narahatlıqlar koridorun hər iki tərəfini əhatə edir və və Tramp administrasiyasından Bayden administrasiyasına qədər uzanıb. Millət vəkilləri təhlükəsizlik qorxularını əsas gətirərək ilin sonuna qanunvericilik paketində hökumət cihazlarında TikTok-a qadağa qoydular.
Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsi bazar ertəsi dinləməni elan edərək, bunun Şou Zi Çiunun konqres panelində ilk çıxışı olacağını bildirib.









