İrəvan və Tehran qardaş şəhər olur: mollalarla ermənilər bununla bağlı saziş imzalamağa hazırlaşırlar. Tribuna.az-a danışan ALDP sədri Fuad Əliyev bildirib ki, İrəvanın bacısı Paris, qardaşı Tehrandır. Onun sözlərinə görə, bu da təəccüblü deyil, İran və Fransa həmişə gizli-aşkar müttəfiq olublar, Ermənistanı dəstəkləyiblər.
Partiya sədri hesab edir ki, Tehran və İrəvanın qardaş şəhər olmağa hazırlaşmasına cavab olaraq, biz də Bakı – Ankara- Tel Əviv arasında qardaş şəhərlər sazişi imzalaya bilərik: “İran molla rejimi öz maskasını yırtıb atıb və daha xain siyasətini gizlətmir. Azərbaycanın İsrailə səfir təyin etməsinin ardınca belə bir addımın atılmasını bizə cavab kimi hesab edirlər. Lakin Azərbaycan Ermənistanın bacısı və qardaşını yaxşı tanıyır, bizi heyrətləndirən hal olmadı. Biz öz siyasətimizi davam etməliyik, İranın atacağı addımlara baxmalı deyilik”.
Tribuna.az









