TEHRAN BAKI İLƏ ARASINI DÜZƏLDİR, AMMA…”MƏSAFƏLİ VƏ SOYUQ QONŞULUQ OLACAQ” – ANALİTİK

TEHRAN BAKI İLƏ ARASINI DÜZƏLDİR, AMMA…”MƏSAFƏLİ VƏ SOYUQ QONŞULUQ OLACAQ” – ANALİTİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran – Azərbaycan münasibətlərinin yaxşılaşması Tehrandan asılıdır.

Bunu Tribuna.az-a siyasi şərhçi Ramiyə Məmmədova İranın XİN rəsmisi Nəsir Kənaninin bəyanatına münasibət bildirərkən deyib. Onun fikrincə, danışıqların bu mərhələsində nisbi uğur əldə edildiyini Tehran rəsmisi söyləyirsə, heç də əlaqələrin tam yoluna düşdüyü anlamına gəlməməlidir. Ekspert hesab edir ki, buzlar əriyir, amma müvəqqəti xarakter daşıya bilər:

“İlk dəfə deyil ki. Daha əvvəl də İranla münasibət axarına düşmüşdü, amma yenə təhdidə başladılar. Bir müddət sonra gərginliyin olacağı istisna deyil.

Çünki İran rejimindən hər cür pisliyi gördük və artıq qonşuluq mehriban, dost səviyyədə olmayacaq. Sadəcə, soyuq, məsafəli qonşuluq mümkündür”. Təhlilçi bildirir ki, İran Ermənistana dəstəyi gizlətmir, Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməyib, bu halda yenidən əlaqələrdə gərginlik yaşana bilər, indisə pik həddə çatan kritik tempin aşağı salınması prosesi gedir. Bakı və Tehran barışmasa da, hərbi eskalasiya vəziyyətinə gəlib çıxmaması üçün hər şey edəcəklər, üçüncü qüvvələr bundan istifadə edə bilər.