Tanınmış rus yumorist möhkəm ailənin sirrini açıqladı

Tanınmış rus yumorist möhkəm ailənin sirrini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teatr və kino aktyoru, “Городок” proqramının ulduzu Yuri Stoyanov uzunömürlü ailə münasibətlərinin sirrindən danışıb.

Tribuna.az xəbər verir ki, o, bu barədə Komsomolskaya Pravda-ya müsahibəsində fikirlərini bölüşüb.

Aktyor bildirib ki, möhkəm ailənin əsas şərtlərindən biri qarşılıqlı hörmətdir. Onun sözlərinə görə, münasibətlərdə yumor hissi də çox vacib rol oynayır.

“Yumor olmadan nə evlilikdə, nə də ümumiyyətlə münasibətlərdə yaşamaq mümkündür. Məsələn, sən zibili atmağı unudursan, o isə başqa tonda cavab verir. Əgər biz buna gülə bilmiriksə, kimya tez bir zamanda fizika çevrilir”, – deyə o vurğulayıb.

Aktyor əlavə edib ki, həyat yoldaşları hər gün “yenidən bir-birini seçməlidir”.

Qeyd edək ki, Stoyanov 2000-ci ildən etibarən həyat yoldaşı Yelena ilə evlidir. Bu, onun üçüncü evliliyidir. O, daha əvvəl Olqa Sinelçenko ilə 1978–1983-cü illərdə, daha sonra isə Marina Venskaya ilə 12 il evli olub. Aktyorun üç övladı var.

Bundan əvvəl Stoyanov sağlam qalmağın sirlərindən də danışaraq hər payız tam tibbi müayinədən keçdiyini, həmçinin hamam və hovuzdan istifadə etdiyini bildirib.

İmran Kərimli