Talibanın Əfqanıstanda qızlar üçün tətbiq etdiyi təhsil qadağasını açıq şəkildə tənqid edən professor İsmayıl Məşəl həbs edilib.
Tribuna.az BBC-yə istinadən xəbər verir ki, pulsuz kitablar paylayarkən həbs edilən professor Talibanın qızların universitet və orta məktəblərdə təhsil almasına qadağa qoymasına etiraz olaraq canlı efirdə onların diplomlarını cıraraq məşhurlaşmışdı.
37 yaşlı akademik Taliban tərəfindən “təxribat xarakterli hərəkətlərdə” ittiham edilib.
İnformasiya və Mədəniyyət Nazirliyinin Taliban rəsmisi Əbdül Haq Hammad “Twitter” hesabından verdiyi açıqlamada Məşəlin əsas yolda jurnalistləri toplayıb “xaos” yaratmaqda günahlandırıldığını bildirib.









