Taksometrlərə ehtiyac yoxdur – Nazir müavini

Taksometrlərə ehtiyac yoxdur – Nazir müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksilərdə hər hansı bir əlavə cihazın quraşdırılmasına ehtiyac yoxdur.

Tribuna.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, taksilərdə həm taksometrdən, həm də proqram təminatından istifadə edilə bilər, hər hansı əlavə cihazın qurulmasına ehtiyac yoxdur:

“Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz və proqram təminatı olması haqqında qeydlər var. Hazırda taksilərdə telefonla prosesin idarə olunduğunu gördüyümüz üçün yenidən taksometrin taksilərə qoşulmasına gərək görmürük”.