Tacir Şahmalıoğlu: “Əsl gözəllik Qarabağdadır, Dubayda nə var?”

Tacir Şahmalıoğlu: “Əsl gözəllik Qarabağdadır, Dubayda nə var?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Tacir Şahmalıoğlu bu il yay istirahəti üçün Laçını seçib.

Tribuna.az xəbər verir ki, sənətçi Qaynarinfo-ya açıqlamasında ailəsi ilə birlikdə artıq 20 gündür Laçında istirahət etdiyini bildirib.

“Ailəliklə buradayıq. Laçın cənnət məkandır”, – deyə o vurğulayıb.

Tacir Şahmalıoğlu həmkarlarının yay istirahəti üçün Dubay, Türkiyə, Fransa, Almaniya və digər xarici ölkələrə üstünlük verməsinə də münasibət bildirib.

“Dünyanın gözü Qarabağdır. Bunu yaşamaq, öz gözlərinlə görmək lazımdır. Mən bunu yaşayıram, görürəm. Xarici ölkələrə istirahətə gedənlərin zövqü yoxdur, ona biz nə edək? Dubayda nə gözəllik var? Süni şəhərdir, orada hava belə yoxdur”, – deyə müğənni bildirib.