TACİKİSTAN PREZİDENTİ ORDUNUN SÜRƏTLİ SİLAHLANMASI BARƏDƏ GÖSTƏRİŞ VERDİ

TACİKİSTAN PREZİDENTİ ORDUNUN SÜRƏTLİ SİLAHLANMASI BARƏDƏ GÖSTƏRİŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan prezidenti Emoməli Rəhmon bölgədəki qeyri-sabit vəziyyətlə əlaqədar ordunun yenidən silahlandırılmasını sürətləndirməyi tapşırıb.

Tribuna.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Rəhmon həmçinin Əfqanıstanla sərhəddə 70 sərhəd obyektinin tikintisinə göstəriş verib. Onlar bu il istifadəyə verilməlidir.

Eyni zamanda, Rəhmon, hərbi strukturların rəhbərlərinə silahlı qüvvələrin texniki yenidən qurulmasını sürətləndirmək və bu il tikilməkdə olan nəzarət-buraxılış məntəqələri də daxil olmaqla 70 sərhəd infrastruktur obyektinin istifadəyə verilməsi barədə göstərişlər verib.

Tacikistan prezidentinin sözlərinə görə, bu gün ekstremizm və terrorizmlə mübarizə məsələləri getdikcə aktuallaşır. Buna görə də o, silahlı qüvvələrin nümayəndələrindən terrorizm və ekstremizmə qarşı mübarizə strategiyasının həyata keçirilməsi istiqamətində işi gücləndirməyi tələb edib.