Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Tribuna.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik:
1. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
3. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
4. 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
5. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
6. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
7. Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
8. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
9. Dənizkənarı küçəsi – Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
10. Heydər Əliyev prospektinin köməkçi yolu – mərkəz istiqamətində;
11. 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
12. Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində.
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət zamanı diqqətli olmaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Gülşən Rəsul









