Çin Tayvan ətrafında 100-dən çox hərbi gəmi ilə təlim keçirib

Çin Tayvan ətrafında 100-dən çox hərbi gəmi ilə təlim keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az Reuters-ə istinadən xəbər verir ki, Çin noyabrın əvvəlində Qərbi Sakit okean və Tayvan ətrafında əvvəlcədən elan edilməmiş genişmiqyaslı hərbi təlimlər keçirib.

Tayvan rəsmilərinin məlumatına görə, təlimlərin bir mərhələsində 100-dən çox Çin hərbi-dəniz və sahil mühafizəsi gəmisi iştirak edib. Manevrlərdə hərbi obyektlərə və şəhərlərə hücum ssenariləri də məşq olunub.

Tayvan tərəfi bunu Pekinin bölgəyə təzyiqinin artırılması kimi qiymətləndirib. Çin isə təlimlərlə bağlı ətraflı açıqlama verməyib.

Hadisə ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşünün gözlənildiyi APEC sammiti ərəfəsində baş verib.

İmran Kərimli