Tribuna.az xəbər verir ki, Avropa Siyasi Birliyinin sammitində 40-dan çox Avropa ölkəsinin liderləri, Ukrayna Prezidenti Volodimir Zelenski, Kanada Baş naziri Mark Karni və NATO rəhbəri Mark Rütte iştirak edir. Görüşdə Ukraynanın təhlükəsizliyi, Rusiya ilə müharibənin dayandırılması və Avropanın müdafiə imkanlarının gücləndirilməsi müzakirə olunur. Liderlər həmçinin Avropa ölkələrinin infrastrukturuna qarşı mümkün hibrid hücumları və kibertəhlükəsizlik məsələlərini gündəmə gətirirlər.
İmran Kərimli









