Türkiyənin məşhur aktyorları Antalyada baş tutan COP31tədbirindən birgə fotolarını paylaşıblar.
Tribuna.az xəbər verir ki, türkiyəli aktyor Barış Arduç COP31 iqlim sammiti ilə əlaqədar bu gün də Antalyada olub.
Aktyor tədbirdə həmkarları Halit Ergenç, Kerem Bürsin və Serkan Altunorakla birlikdə iştirak edib.
Məşhurların bir araya gəldiyi anlar sosial şəbəkədə paylaşılıb.
Gülşən Rəsul









