Əli Mirəliyevi o qədər ərköyünləşdirdilər ki, Alim Qasımovu aşağalmaq məqamına gəlib çatdı. Əli Mirəliyevdə günah yoxdur. Belə səviyyəsiz və nitqi qüsurlu olan adamı mütəmadi olaraq televiziyalara çıxaranlardadır günah…
Tribuna.az xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev müğənni Əli Mirəliyevin xanəndə Alim Qasımovla bağlı dediyi sözlərə cavab olaraq bildirib.
Etibar Əliyev əlavə edib ki, Əli Mirəliyev könüllü olaraq oxumaqdan da imtina etməlidir:
“Görün okeanik istedada malik olan Alim Qasımov haqqında Əli Mirəliyev nələri danışır:
“Alim mənə azan oxuyur, Xeyir ola, alə! Üzeyir Hacıbəyov əzan yazıbdı? Xanəndə kimi oxu ginən, dərviş kimi oxuyursan, biz dərvişik? Sən yeddi muğamı niyə ağzına nə gəldi oxuyursan?Səndən sonra gələn qızın da elə oxuyur, bədbəxt eləmisən o qızı, gül kimi səsi var idi. Sənin qızın azərbaycanlı kimi oxumur. Elnarə Abdullayevanı bədbəxt elədin, Mirələmi bədbəxt elədin. Siz xalqı bu günə saldığınıza görə mən Əli Mirəliyevə cavab verəcəksiniz”.
Adam deyəsən Alim Qasımıvun bənzərsiz və möhtəşəm ifa etdiyi “Çahargah”, “Kürdü – Şahnaz”, “Zabul Segah” “Rast” və digər muğamlara qulaq asmayıb.
Geridə qalmış Qərbdə nitiqində qüsur olanları səsləri olsa belə, heç xora da götürmürlər, ahəng pozula bilər. Nitqi qüsurlu olanların özləri mahnı oxumaqdan könüllü imtina edirlər. Bu ictimai və mənəvi keyfiyyəti, məsuliyyəti Əli Mirəliyev kimilər dərk etməzlər. Adamı o qədər ərköyünləşdirdilər ki, Alim Qasımovu aşağalmaq məqamına gəlib çatdı”.
Gülşən Rəsul









