Çin lideri Tayvanla birləşmənin qaçılmaz olduğunu bildirib

Çin lideri Tayvanla birləşmənin qaçılmaz olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Çin Prezidenti Si Cinpin Tayvanın materik Çinlə birləşdirilməsinin tarixi proses olduğunu və bunun qarşısının alına bilməyəcəyini bəyan edib. Onun açıqlaması ABŞ-Çin münasibətlərində gərginliyin və Asiya-Sakit okean regionunda təhlükəsizlik müzakirələrinin davam etdiyi vaxta təsadüf edib. Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir, Tayvan rəhbərliyi isə adanın gələcəyi ilə bağlı qərarın sakinlər tərəfindən verilməli olduğunu bildirir.

İmran Kərimli