Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib.
Tribuna.az modern.az-a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib.
Məlumat sosial şəbəkədə yayılıb.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Fəhmin Hacıyev 23 aprel 1959-cu ildə Ucar rayonunda anadan olub. 1988-ci ildən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvü olub. AXC Hərbi Çağırış üzrə Komissiyasının sədri vəzifəsini tutub.
1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbs edilib. 9 ay müddətində əvvəlcə Lefortovo həbsxanasında, sonra isə Bayıl həbsxanasında saxlanılıb. Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 22 may 1992-ci il tarixli Sərəncamına əsasən Fəhmin Hacıyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. 1993-cü il iyunun 16-da isə həmin vəzifədən azad olunub.
Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Fəhmin Hacıyev İstanbul şəhərinə mühacirətə gedib, bir müddət sonra isə Azərbaycanın tələbi ilə həbs edilib. 2004-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən əfv olunub.









