Sumqayıtda yerləşən “Xəmsə” və “Çənlibel” restoranlarının natəmizliyindən şəhər sakinləri zara gəlib.
Tribuna.az xəbər verir ki, bu barədə şikayətini jurnalist Natiq Cavadlı sosial şəbəkədə paylaşıb. O bildirib ki, bu iki restoranın yaratdığı problemlərlə bağlı dəfələrlə icra hakimiyyətinə müraciətlər ediblər:
“Sumqayıt, 6-cı mikrorayon, II binanın arxası. Bir dəfə paylaşdım, Sumqayıt Şəhər İcra Hakimiyyəti reaksiya vermədi. Sakinlər illərdir “Xəmsə” və ” Çənlibel” restoranlarının zibillərinin qoxusundan, havalandırmasının səsindən şikayət etmədikləri qurum qalmayıb. İndi də ağaclar hasarlanıb, bir gecədə soyqırıma məruz qalsalar, təəccüblənmərik.
Yəqin restoranların sahibləri İH-də, yaxud nazirlikdə oturublar”.
Tribuna.az










