Sumqayıt-Bakı qatarında problem yarandı

Sumqayıt-Bakı qatarında problem yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt-Pirşağı-Bakı elektrik qatarında yenidən problem yaranıb.
Sumqayıt Dəmir Yolu Vağzalından 07:50-də çıxmalı olan qatar gecikmə ilə yola çıxıb.
Bunun nəticəsində Bakı Dəmir Yolu Vağzalına qatar 10 dəqiqə gecikmə ilə çatıb.
Bundan əlavə Bakı-Xırdalan-Sumqayıt qatarı da Bakı Dəmir Yolu Vağzalına 5 dəqiqə gecikmə ilə gəlib.
Gecikməyə səbəb kimi texniki nasazlıq göstərilib.