Türkiyədə soğandan sonra kartofun da qiyməti qalxıb.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, oktyabr ayında soğan əkini az olduğu üçün qiyməti 15 lirəyə qədər qalxıb.
Soğandan sonra da kartofun problem yaradacağı bildirilib. Qiyməti isə 15 lirəyə qədər yüksəlib.
Türkiyə Halciler Federasiyasının prezidenti bildirib ki, kartofun istehsalı soğana nisbətən daha gec ərsəyə gəlir. Ona görə də anbardakı kartoflar tükənməyə başlayıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda pamidorun qiymətində də bahalaşma olacaq. Çünki, həm ixracın başlaması, həm də istixanalar arasında keçid dövrüdür. Bazar qiyməti 20 lirə olan pomidorun qiymətinin arta biləcəyi bildirilir.









