Ermənistan tərəfinə əsir düşən Azərbaycan əsgərinin şiddətli döyüldüyünü əks etdirən video görüntülər haqlı etiraza səbəb olub.
Tribuna.az yazır ki, politoloq Zaur Məmmədov dəhşətli görüntülərlə bağlı danışaraq bildirib ki, Ermənistan tərəfinə əsir düşən Azərbaycan əsgərinin şiddətli döyüldüyünü əks etdirən görüntülərlə bağlı təcili olaraq beynəlxalq təşkilatlar vasitəsilə tədbirlər həyata keçirilməlidir.
Siyasi şərhçi Əziz Əlibəyli isə qeyd edib ki, erməni tərəfi əsir düşən ikinci əsgərin döyülmüş şəklini paylaşmaqla Azərbaycan insanında aqressiyanı zirvəyə çıxarır:
“Sizdən də dumanda yolunu azıb keçən olur, o əsgər bu fotonu görnədən sonra azmış əsgərinizə eləcə kolbasa-çörək verəcək?”.
Hüquq müdafiəçisi Sahib Məmmədov da bildirib ki, azaraq Ermənistan ərazisinə keçmiş əsgərlə davranış müharibə və insanlıq əleyhinə cinayətdir:
“Ermənilər belə hal olanda ən azı aylarla davam edən kampaniyalar təşkil edir”.












