Xalq artisti Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad olunduqdan sonra ətrafındakı insanların münasibətində ciddi dəyişiklik hiss etdiyini deyib.
Tribuna.az xəbər verir ki,o, Qaynarinfo-ya açıqlamasında bildirib ki, vaxtilə daim yanında olan insanların əksəriyyəti vəzifədən ayrıldıqdan sonra ondan uzaqlaşıb:
“Hamısı məni tərk etdi. Təbii ki, bu söz hamıya aid deyil. Hazırda yanımda cəmi 3-4 etibarlı dostum qalıb. Belə başa düşdüm ki, onların çoxu Siyavuş Kəriminin deyil, Azərbaycan Milli Konservatoriyasının rektorunun dostu imiş. Həyatdır, belə hallarla rastlaşırıq. Yəqin ki, bu, bizim milli xüsusiyyətlərimizdən biridir. Mən isə hər zaman insanlara etibarla yanaşmışam”.
Siyavuş Kərimi hazırda bütün diqqətini yaradıcılığına yönəltdiyini də vurğulayıb:
“Mənim üçün əsas olan yaradıcılığımdır. Şükür Allaha, bu sahədə hər şey qaydasındadır. Yeni mövsümdən etibarən tamaşaçılar məni yenidən səhnədə görəcəklər”.
Qeyd edək ki, Siyavuş Kərimi 2024-cü ildə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.









