Ukraynaya səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan paytaxt Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Tribuna.az CNNTürk-ə istinadən xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib: “Səfər çərçivəsində Prezident Aparatında Ukraynaya 400 milyon dollarlıq yardım paketinin verilməsinə dair iki sənəd imzalanıb”.
İkitərəfli diplomatik münasibətlərin qurulmasından sonra Səudiyyə Ərəbistanı xarici işlər nazirinin Ukraynaya ilk rəsmi səfəri olduğunu deyən Zelenski, “Biz bu səfəri yüksək qiymətləndiririk və xüsusilə Ukraynanın ildönümündə Ukraynaya verilən dəstəyin mühüm əlaməti hesab edirik.












