SƏRVƏTİNDƏN İMTİNA EDİB RAHİBƏ OLDU…

SƏRVƏTİNDƏN İMTİNA EDİB RAHİBƏ OLDU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın ən varlı ailələrindən olan, “almaz zəngini” kimi tanınan məşhur ailənin 8 yaşlı qızı var-dövlətindən imtina edərək rahibə olmaq qərarına gəlib.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın ‘briliantlar şəhəri’ kimi tanınan Suratda yerləşən “Sanghvi and Sons” zərgərlik məmulatının 8 yaşlı varisi verdiyi qərarla ölkə gündəmini zəbt edib.
O, milyon dollarlıq sərvətindən imtina edib.
Ailəsi qədim hind dini olan “Ceyn” inancına mənsub olan Devanşi Sanghvi adlı 8 yaşlı qızın qərarı ailəsini də təəccübləndirib.
Devanşi dünyəvi həzlərdən imtina etdiyini açıqladıqdan sonra 4 gün davam edən mərasimlə rahibəliyi qəbul edib. Geyindiyi bahalı geyimləri çıxararaq ağ libasa keçib.

Ailəyə yaxın olanlardan birinin verdiyi məlumata görə, 8 yaşlı qız uşaqlıqdan dinə maraq göstərir, öz istəyi ilə heç vaxt televizora baxmayıb, restoran və alış-veriş mərkəzlərinə getməyib.

Tribuna.az