“Aprel” şəhidi, baş leytenant Mirzə Novruzovun oğlu Nihad Novruzov dünyanın nüfuzlu universitetlərindən birinə qəbul olub.
Tribuba.az xəbər verir ki, Nihad Novruzov Çinin nüfuzlu Şimal-Qərb Politexnik Universitetinə 100% təqaüdlə qəbul olunub.
Dünyanın top-250 universitetləri sırasına daxil olan NPU-da “Materialşünaslıq və mühəndislik” (Materials Science and Engineering) ixtisası üzrə təhsil alacaq N.Novruzov yüksək akademik göstəricilərinə görə 100% təqaüd proqramına (tam təhsil haqqı və aylıq təqaüd) layiq görülüb.
O, həmçinin Çjetszyan Texnologiya Universiteti, Harbin Texnologiya İnstitutu, ADA Universiteti, Debrecen Universiteti və Edinburq Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrindən də qəbul təklifləri alıb.
Nigar İxtiyarqızı









