Amerikalı diyetoloq Daniel Hendriks ideal səhər yeməyi hesab etdiyi menyunu təqdim edib.
Tribuna.az bikdirir ki, o, ilk növbədə iki yumurtanı qaynadılmış və ya qarışdırılmış şəkildə yeməli olduğunu söyləyib. Məşhur amerikalı yazıçı və məişət mütəxəssisi Marta Stüartın veb saytında məsləhətlərini paylaşan Hendriks iki yumurtanın 13 qram yüksək keyfiyyətli protein ehtiva etdiyini deyib. Bu, insanın nahara qədər aclıq hiss etməməsi üçün kifayətdir. Bundan əlavə, səhər yeməyində zülal istifadəsi insanın əzələ kütləsi qurmasına kömək edir və xüsusilə də insan arıqlamaq qərarına gəldikdə vacibdir. Yumurta həmçinin sağlam yağlar ehtiva edir və zülallarla birlikdə qandakı şəkər miqdarını tənzimləməyə kömək edir.
Həsən Ağa









