Tribuna.az xəbər verir ki, dünən axşam əsən güclü külək Bakının Səbail rayonunda fəsada səbəb olub.
Belə ki, Rəsul Rza küçəsində yerləşən binanın yuxarı mərtəbələrindən birinin balkonunun üstündəki örtük güclü küləyin təsiri ilə qopub. Örtük əvvəlcə küçədə park edilmiş avtomobillərdən birinin üzərinə düşüb, daha sonra isə yerə çırpılıb.
Hadisə nəticəsində iki avtomobilə ziyan dəyib. Xoşbəxtlikdən, ətrafdakı insanlardan xəsarət alan olmayıb.
İmran Kərimli












