SARKİSYAN PAŞİNYANIN İTTİHAMLARINI DƏLİ ADLANDIRDI

SARKİSYAN PAŞİNYANIN İTTİHAMLARINI DƏLİ ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi baş nazir Nikol Paşinyanın 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyasının iclası zamanı dediklərini dəli adlandırıb.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, iyunun 20-də komissiyanın iclasında Paşinyan Sarkisyan və onun komandasına Azərbaycana müharibəyə daha yaxşı hazırlaşmaq imkanı verməkdə ittiham edib.

Üçüncü prezidentin kabinetində komissiyanın iclasını şou adlandırıblar.

Həmçinin qeyd edilir ki, Paşinyanın çıxışı öz dövlətinə və xalqına xəyanətdə ittiham olunan müdafiə çıxışının məşqinə bənzəyirdi.

“Vətənə xəyanətdə təqsirləndirilən şəxslərin ümidsiz səyləri heç bir tənqidə tab gətirmir. Onların Ermənistan dövlətçiliyini məhv etmək siyasətinə haqq qazandırmaq üçün aşkar faktların qəsdən təhrif edilməsi cinayəti daha da ağırlaşdırır”, – Sarkisyanın ofisindən qeyd olunub.