SARAYI ZİBİLLİK, İFUNƏT İYİ BASIB… AİDİYYƏTİ QURUMLAR PROBLEMLƏ MARAQLANMIR – ŞİKAYƏT(FOTO,VİDEO)

SARAYI ZİBİLLİK, İFUNƏT İYİ BASIB… AİDİYYƏTİ QURUMLAR PROBLEMLƏ MARAQLANMIR – ŞİKAYƏT(FOTO,VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Saray qəsəbəsinin İlqar Əmiraslanov küçəsi ilə Elşən Hüseynov küçəsinin kəsişdiyi ərazidə yaşayan sakinlər evlərinin yanındakı zibillikdən və bundan yaranan üfunət qoxusundan şikayət edirlər. Saray gölünün yaxınlığında yaşayan şikayətçilər bildirirlər ki, ərazi əsasən ərtafdan atılan məişət tullatılarından qeyri-qanuni zibil poliqonuna çevrilib.

Bu barədə Tribuna.az-a şikayət məktubu göndərən sakinlər qeyd edib ki, ərazidə antisanitar vəziyyət yaranıb, yaşayış yerinin ətrafı xəstəlik mənbəyinə çevrilib:

“Üfunət iyi, gəmirici və həşəratlar yaxınlıqdakı evlərə dolur, narahatlıq yaradır, xəstəliklərin yayılmasına gətirib çıxarır. Üfunət iyindən evdə qalmaq olmur. Küləkli havada bütün zir-zibil evlərə dolur. Bu cür vəziyyət həm ekologiyaya ziyan vurur.
Üstəlik Sarayda kanalizasiya xətti olmadığına görə kanalizasiya suları məcburən gölə axıldığından zibildən gələn pis qoxuya artıq çirklənmiş göldən gələn üfunət iyi də əlavə olunur. Halbuki Saray gölü vaxtı ilə təmiz olub və hətta burada yaxşı balıq da tutulub.


Bundan başqa yağış yağanda kifayət qədər böyük olan Saray gölünün səviyyəsi qalxır və su daşaraq ətraf evləri basır. Məsələn “Tərlan” şadlıq evinin ətrafı kimi”.

Sakinlər illərdir mövcud sosial problemlərdən əziyyət çəkdiklərini, aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülmədiyini bildirirlər:

“Problemlərlə bağlı qonşularla birgə dəfələrlə Saray bələdiyyəsinə, Saray qəsəbə nümayəndəliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik. Zibil və kanalizasiya problemi mətbuatda da işıqlandırılıb. Amma bütün bunlara baxmayaraq hər dəfə şikayətdən sonra aidiyyatı qurumlar təmizlik işləri, müəyyən tədbirlər görsə də bir müddətdən sonra vəziyyət yenidən əvvəlkindən pis təkrarlanır. Nəticə etibarı ilə indiyə qədər məsul qurumlar heç bir ciddi tədbir görməyib, yalnız sakinləri yola veriblər.
Bu səbəbdən biz problemin mətbuat vasitəsilə işıqlandırılıb cavabdeh qurumlar tərəfindən köklü həll olumasını istəyirik”.

Sakinlərin fikrincə əraziyə ən azı zibil qutuları qoymaq olar, gecələr əraziyə böyük maşınlarla zibil daşınmasının qarşısı alına bilər.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Tribuna.az