Yasamal rayon İcra Hakimiyyətinin rayonda gördüyü işlər yenə narazılıq yaradıb.
Tribuna.az xəbər verir ki, rayon sakinləri narazılıqlarını icra hakimiyyətinin Feysbuk səhifəsində bildiriblər.
Yasamal sakini, jurnalist Günel Gözəlova bildirib ki, yolların asfaltlanması heç bir standarta uyğun deyil:
“Yolların gölməçələrə çevrilməməsi, asfaltın dağılmaması üçün heç bir iş görülməyib. Asfaltı qeyri-peşəkar yola səpməklə məşğulsuz.
Məhəllələrarası küçələrə isə 20 ildir nəzarət olunmur”.
Digər sakin Tural Allahverdiyev isə köhnə binaların bloklarının bərbad halda olduğunu bildirib.
Elnurlan Əliyev isə bildirib ki, İH binası ilə yanaşı olan yaşayış binalarına belə baxılmır.
Məsələ ilə bağlı icra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul












