Rusiya Qəhrəmanı, 4-cü Ayrı-ayrı Qvardiya Motoatıcı Briqadasının komandiri general-mayor Anton Qrunis həlak olub.
Tribuna.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini və “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov məlumat verib.
Məlumata görə, general xüsusi əməliyyat zonasında (Ukrayna ərazisində davam edən müharibədə, – red.) həlak olub. Rusiya Qəhrəmanının olduğu yerə mərmi düşüb.
Generalın ölümünün səbəbi və şərtləri rəsmi olaraq açıqlanmayıb. Qeyd edək ki, Qrunis iyul ayında Ukraynanın Donbas bölgəsində Konstantinovkanın ələ keçirilməsi xəbərini Prezident Vladimir Putinə məruzə etmişdi.
Bundan sonra o, Putin tərəfindən Rusiya Qəhrəmanı adına layiq görülüb.









