Lamin Yamal şəxsi rekordunu təkrarlayıb

Lamin Yamal şəxsi rekordunu təkrarlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb.

Tribuna.az yerli mətbuata istinadən xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın VI turunda “Rasinq”lə oyunda fərqlənməklə nail olub.

7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə rəqib qapılarına yol tapır. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır.

Xatırladaq ki, İspaniya millisinin üzvü “Rasinq”lə qarşılaşmadan əvvəl “Rayo Valyekano” (dubl), “Valensiya” (dubl), “Feyenoord” və “Levante” (dubl) ilə qarşılaşmalarda fərqlənmişdi.