Prezident Donald Trampın aparat rəhbəri Suzi Vayls xərçəng diaqnozu açıqlandıqdan təxminən altı ay sonra bu xəstəlikdən azad olduğunu açıqlayıb.
Tribuna.az-ın “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə görə, o, patologiya nəticələrinin normal olduğunu qeyd edib:
“Mən xərçəngdən azadam”.
S.Vayls ailəsinə, dostlarına və həkimlərinə təşəkkür edərək, eyni zamanda Prezident D.Trampa sarsılmaz dəstəyinə görə çox xüsusi təşəkkürünü ifadə edib:
“Mən ona dərin minnətdaram və onunla “Amerika Birinci” gündəliyini inkişaf etdirmək üçün çalışmağa davam edəcəyəm”.
Qeyd edək ki, 69 yaşlı S.Vayls ötən ilin mart ayında ona döş xərçəngi diaqnozu qoyulduğunu və müalicə aldığını bildirib.









