Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qüvvələri Rostov-na-Donu şəhərindəki hərbi aerodroma hava hücumları təşkil edib. Hava hücumun nəticəsində bir An-12, iki An-26 təyyarəsi və daha üç helikopter məhv edilib.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”a məlumat verib.

Zelenski müharibəni Rusiyaya hər gün hiss etdirən Ukrayna əsgərlərinə təşəkkür edib.

“Bu gecə Ukrayna ordusunun birgə əməliyyatı sayəsində Yaroslavl Neft Emalı Zavoduna zərbə endirilib. Təhlükəsizlik Xidməti həmçinin Rostovdakı hərbi aerodroma uğurlu zərbə endirdi – An-12 təyyarəsinin, iki An-26 təyyarəsinin və daha üç helikopterin məhv edilməsi təsdiqləndi”, – deyə Zelenski vurğulayıb.

Prezident həmçinin Qara dənizdə yaxşı nəticələrin əldə edildiyini qeyd etsə də, təfərrüatları açıqlamayıb.

“Biz hər gün təcavüzə cavab veririk. Rusiya sülhü seçməlidir”, – deyə prezident yekunlaşdırıb.