Nazirlik dərslikdən çıxarır, DİM imtahana salır

Nazirlik dərslikdən çıxarır, DİM imtahana salır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər dərsliklərdən tamamilə çıxarılan və ya cəmi bir sətirlə verilən “Vurğu” mövzusu bu ildən 9 və 11-ci siniflərin buraxılış imtahanına yenidən əlavə olundu.

Tribuna.az xəbər verir ki, bu barədə danışan təhsil eksperti Əmrah Həsənli hesab edir ki, “Vurğu” mövzusunun yenidən imtahana salınması yaxşı qərardır:

“Vurğusuz ana dili, vurğusuz nitq mədəniyyəti natamamdır.

Amma ortada böyük bir metodiki boşluq var: Məktəb dərsliyində ətraflı tədris olunmayan, üstündən səthi keçilən bir mövzunu imtahanda şagirddən tələb etmək nə dərəcədə ədalətlidir?

Təhsildə dərslik, tədris və imtahan bir-birini tamamlamalıdır.

Şagirdə dərsdə öyrətmədiyimizi imtahan masasında ondan soruşa bilmərik”.

Gülşən Rəsul