“Xalq Bank”a aid şirkətdə SOS – dövriyyə itkiləri 1,6 milyard manata çatıb

“Xalq Bank”a aid şirkətdə SOS – dövriyyə itkiləri 1,6 milyard manata çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin yanvar-avqust aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında daxili birja dövriyyəsi 240,4 milyon manat təşkil edib.

Tribuna.az  plat.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 613,6 milyon manat və ya 87% azdır. Ötən ilin yanvar-avqust aylarında şirkətin birja dövriyyəsi 1 milyard 854 milyon manat olub. Beləliklə, “Xalq Kapital”ın birja dövriyyəsi illik müqayisədə 7,7 dəfə azalıb.

 

Bununla yanaşı, şirkətin həyata keçirdiyi əməliyyatların sayı 128-dən 149-a yüksəlib. Əqdlərin sayı 16,4% artsa da, bir əməliyyata düşən orta məbləğ kəskin azalıb. Belə ki, orta əqd məbləği təxminən 14,5 milyon manatdan 1,6 milyon manata enib.

 

Dövriyyənin strukturunda ən böyük pay yenə repo əməliyyatlarının payına düşüb. 2026-cı ilin ilk səkkiz ayında “Xalq Kapital”ın repo dövriyyəsi 228,1 milyon manat təşkil edib. Bu istiqamətdə 2025-ci ilin eyni dövründəki 1 milyard 768,5 milyon manatla müqayisədə 1 milyard 540,4 milyon manat və ya 87,1% azalma qeydə alınıb.

 

Korporativ istiqrazlar üzrə əməliyyatların həcmi də 77,4 milyon manatdan 12,3 milyon manata düşüb. Bu, 65,1 milyon manat və ya 84,1% azalma deməkdir.

 

ARMB qiymətli kağızları üzrə dövriyyə isə 8 milyon manatdan sıfıra enib. Dövlət istiqrazları və səhmlər üzrə isə hər iki dövrdə əhəmiyyətli əməliyyat qeydə alınmayıb.

 

Rəqəmlərin müqayisəsi göstərir ki, “Xalq Kapital”ın birja dövriyyəsindəki 1,6 milyard manatlıq azalmanın əsas səbəbi repo əməliyyatlarının kəskin geriləməsidir. Repo bazarındakı 1,5 milyard manatdan çox azalma şirkətin ümumi dövriyyəsindəki enişin əsas hissəsini formalaşdırıb.

 

Əqdlərin sayının artmasına baxmayaraq, orta əqd məbləğinin təxminən 9 dəfə azalması şirkətin əvvəlki dövrlə müqayisədə daha çox sayda, lakin xeyli kiçik həcmli əməliyyatlar həyata keçirdiyini göstərir.

 

Qeyd edək ki, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2007-ci ildə yaradılıb və şirkətin 100%-lik səhmdarı “Xalq Bank” ASC-dir. Şirkət qiymətli kağızlar bazarında broker və digər investisiya xidmətləri göstərir.