Bu valideynlər hüquqi məsuliyyətə cəlb olunsun – TƏKLİF (Video)

Bu valideynlər hüquqi məsuliyyətə cəlb olunsun – TƏKLİF (Video)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Övladının tərbiyəsinə nəzarət etməyib digər uşaqlara pis nümunə yaradan, məktəb mühitini korlayan valideynlər hüquqi məsuliyyətə cəlb olunmalıdır.

Tribuna.az xəbər verir ki, bu təkliflə təhsil üzrə ekspert Əmrah Həsənli çıxış edib. O bildirib ki, məktəb mühitini valideynlər pozur:

“Dünən məktəblər açıldı, problemlər də elə ilk gündən başladı!

Məktəb elm ocağıdır, yoxsa ucuz TikTok şoularının çəkiliş meydançası? Hələ məktəb yaşlı uşaq dərsi, məktəb mühitini bir tərəfə qoyub kamera qarşısında makiyaj edir, öz aləmində vlog çəkir.

Bəs bu övladın əlinə telefonu verib nə etdiyindən bixəbər olan VALİDEYN hara baxır? Bu nə məsuliyyətsizlikdir?! Biz digər uşaqlara hansı örnəyi göstəririk?!

Övladının tərbiyəsinə nəzarət etməyib, digər uşaqlara pis nümunə yaradan, məktəb mühitini korlayan valideynlər hüquqi məsuliyyətə cəlb olunmalıdır! Valideyn bilməlidir ki, övladının hər bir addımına görə şəxsən cavabdehdir!”.

Nigar İxtiyarqızı