Yasamalda qanunsuz tikinti problemi böyüyür – Video

Yasamalda qanunsuz tikinti problemi böyüyür – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu, Kamil Əliyev küçəsində 2 mərtəbəli tikiliyə əlavə edilən bir mərtəbə narazılıq yaradıb.

Tribuna.az xəbər verir ki, sakinlərin sözlərinə görə qanunsuz aparılan iş zamanı heç bir təhlükəsizlik məzərə alınmır.

Təhlükəsizlik üçün nə hasar çəkilib, nə də başqa tədbirlər görülüb.

Tikintini aparan şəxs bildirib ki, ev onundur və sənədi də var.

Lakin qonşular bildirir ki, əlavə artırma qanunsuzdur.

Yasamal rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı “Xəzər Xəbər”ə bildirilib ki, yaşayış evinin çıxarışı var. İcradan bildirilib ki, 2 və 3-cü mərtəbənin tikintisinə hansı qurumun icazə verməsi faktı isə hələ araşdırılır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul