Şahzadə Diananın dostlarına yazdığı şəxsi məktubları hərraca çıxarılacaq.
Tribuna.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Satışda Şahzadə Diananın 1995 və 1996-cı illərdə yaxın dostları Susie və Tarek Kassem-ə yazdığı 32 məktub var.
Məktublarında Ledi Di ondan dəstək istəyir və Şahzadə Çarlezifin nə qədər “çıxılmaz və çirkin” olacağını bildiyindən boşanmağa heç vaxt razı olmayacağını deyir. Dostları ilə də onun davamlı olaraq izlənilməsi və telefonunun dinlənilməsi ilə bağlı şübhələrini bölüşüb.
Kassemanın həyat yoldaşı Diananın məktublarını satmaq qərarını izah edərkən deyib: -“bu məktublar uşaqlarımıza ötürmək istəmədiyimiz böyük bir məsuliyyətdir”.
Onlar qeyd etdilər ki, mərhum Uels şahzadəsinin məktubları fərdi olaraq satılacaq və əldə edilən gəlir Diananın dəstəklədiyi xeyriyyə təşkilatlarına gedəcək. Kassemanın 32 məktubunun 90.000 funt sterlinq dəyərində olacağı gözlənilir.
Bundan əvvəl, şahzadə Diananın paltarının hərracda rekord qiymətə – 604 min dollara satıldığı bildirilirdi.









