Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblilərin qış tətili günləri açıqlanıb. 

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.